Hörmüz boğazı bağlı qaldığı müddətdə İranla bağlı “ən kiçik sanksiyanın belə” ləğvi mümkün deyil.
Army.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Baronun məlumat verib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında bölgədə gərginliyin artmasından narahatlığını ifadə etdiyini bildirmişdi.
Makron həmçinin BƏƏ infrastrukturuna və gəmilərə qarşı hücumları pisləyib, Hörmüz boğazında blokadanın dərhal aradan qaldırılmasına çağırış edib.
