“İran Hörmüz boğazının sahilyanı dövləti kimi beynəlxalq hüquqa uyğun şəkildə ABŞ və İsrailə qarşı milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görür və bu vəziyyətin qlobal iqtisadiyyata təsirlərinə görə məsuliyyət həmin ölkələrin üzərinə düşür”.
Army.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Hazırkı vəziyyət Hörmüz boğazında ABŞ-ın BMT-yə üzv olan suveren bir dövlətə hərbi hücum etməklə beynəlxalq qanunları pozmasının birbaşa nəticəsidir”, – deyə qeyd eidb.