Ev SiyasətSimonyan : “Bakı ilə danışmışıq, bu ad dəyişməyəcək”

Simonyan : “Bakı ilə danışmışıq, bu ad dəyişməyəcək”

by Baş Redaktor
171 Baxış

Ermənistan tərəfi Kərki və Başkəndlə bağlı məsələlərin həlli istiqamətində Azərbaycanla müzakirələr apardığını bildirir. İrəvanın gündəmində Kərkinin Tiqranaşen, Artsvaşenin isə Başkənd adı ilə tanınması məsələsi də var.

Army.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan COP17 çərçivəsində jurnalistlərə açıqlamasında Bakı ilə bu istiqamətdə təmasların davam etdiyini deyib.

Simonyanın sözlərinə görə, müzakirələr zamanı Kərkinin Tiqranaşen, Artsvaşenin isə Başkənd kimi qalması məsələsi nəzərdən keçirilir.

Məsələnin mahiyyəti isə yalnız toponimlərlə məhdudlaşmır. Söhbət Azərbaycan və Ermənistan arasında anklav kəndlərin statusundan, eləcə də onların hansı dövlətin ərazisinə daxil olacağından gedir. Bu baxımdan, tərəflər arasında aparılan müzakirələr ərazi mənsubiyyəti məsələsini də əhatə edə bilər.

banner

Əlaqəli Yazılar Xüsusi