Ev SiyasətPaşinyan: Yeni Konstitusiya layihəsini yaxın vaxtlarda dərc edəcəyik

Paşinyan: Yeni Konstitusiya layihəsini yaxın vaxtlarda dərc edəcəyik

by Baş Redaktor
41 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda ölkənin yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim ediləcəyini və sənədin müzakirəsinə başlanacağını bildirib.

Army.az xəbər verir ki, bu barədə Paşinyan açıqlamasında danışıb.

Onun sözlərinə görə, ictimai müzakirələrdən sonra layihə parlamentə göndəriləcək. Baş nazir müxalifəti sənədin əhəmiyyətinə inandırmağa çalışacaqlarını, bunun mümkün olmayacağı təqdirdə isə növbədənkənar seçkilər də daxil olmaqla alternativ variantları nəzərdən keçirəcəklərini deyib.

Paşinyan Konstitusiya dəyişikliyi ilə yanaşı, Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası məsələsində də Ermənistan vətəndaşları qarşısında öhdəliyinin olduğunu vurğulayıb. O, bu məqsədlərə çatmaq üçün cəmiyyətin dəstəyinin vacibliyini qeyd edib.

banner

Baş nazir Konstitusiya məsələsinin Azərbaycanla müzakirə olunmadığını, bunun Ermənistanın daxili siyasi məsələsi olduğunu bildirib. Bununla belə, o, Azərbaycan Prezidenti İlham Əliyevlə Bişkekdə keçirilən görüşdə bu mövzunun da müzakirə edildiyini açıqlayıb.

Paşinyanın sözlərinə görə, İrəvan Bakıya Konstitusiya məsələsinin ölkənin daxili işi olduğunu çatdırıb. O əlavə edib ki, Azərbaycan tərəfi də Ermənistanın daxili siyasi məsələsi ilə bağlı mövqeyini ifadə edib.

Əlaqəli Yazılar Xüsusi