Ev Hərbi XəbərlərABŞ İran gəmisini vurdu – Hörmüz yaxınlığında gərginlik böyüyür

ABŞ İran gəmisini vurdu – Hörmüz yaxınlığında gərginlik böyüyür

by Baş Redaktor
36 Baxış

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Oman körfəzində fəaliyyət göstərən Amerika qüvvələri İran bayrağı altında üzən və İran limanlarına tətbiq olunan blokadanı pozmağa çalışan gəmini zərərsizləşdirib.

Army.az xəbər verir ki, gəminin sükan idarəetmə sistemi Boeing F/A-18E/F Super Hornet qırıcısından açılan 20 millimetrlik top atəşi ilə sıradan çıxarılıb. Təyyarənin “USS Abraham Lincoln” aviadaşıyıcısından havaya qalxdığı qeyd olunub.

Bu insident ABŞ və İran arasında yeni sülh təşəbbüsünün müzakirə olunduğu və Prezident Donald Tramp tərəfindən Hörmüz boğazından çıxmağa çalışan ticarət gəmilərinin təhlükəsizliyinə yönəlmiş “Project Freedom” əməliyyatının dayandırılmasından bir gün sonraya təsadüf edib.

CENTCOM-un açıqlamasında bildirilib ki, “Hasna” adlı tanker beynəlxalq sularda İran limanına doğru hərəkət edərkən müşahidə olunub və ABŞ qüvvələri ona dəfələrlə xəbərdarlıq edib.

banner

Gəmi xəbərdarlıqlara əməl etmədikdən sonra “Super Hornet” atəş açıb. Komandanlıq qeyd edib ki, zərbədən sonra tanker artıq İran istiqamətində hərəkət etmir.

Əlaqəli Yazılar Xüsusi