İran Hörmüz boğazı yaxınlığında elan ediləcək yeni məhdudlaşdırılmış ərazi ilə bağlı gəmilərə qarşı sərt tədbirlər tətbiq edəcəyini açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Möhibi məlumat verib.
Onun sözlərinə görə, Tehranın razılığı olmadan yeni müəyyənləşdiriləcək zonaya daxil olan “düşmən”ə aid ticarət gəmiləri və digər üzən vasitələr sanksiya siyahısına salınacaq.
Möhibi bildirib ki, belə gəmilər dənizçilik, sığorta və digər dəstək xidmətlərindən məhrum ediləcək. Onun sözlərinə görə, tətbiq olunan məhdudiyyətlər gəminin həmin ərazini tərk etməsindən sonra da qüvvədə qalacaq.
Belə ki, sözügedən gəmilər sonradan Hörmüz boğazından keçməyə cəhd göstərdikləri halda da müvafiq xidmətlərdən yararlana bilməyəcəklər.
