Ev Dünya“Almanlar bunun zərərini görəcək” – Zaxarova

“Almanlar bunun zərərini görəcək” – Zaxarova

by Baş Redaktor
38 Baxış

Almaniya hökumətinin Rusiya ilə ikitərəfli münasibətləri zəiflətmək istiqamətində siyasət yürütdüyü və bunun ölkə vətəndaşlarının maraqlarına zidd olduğu iddia edilir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı açıqlama verib.

Zaxarova bildirib ki, Berlinin hazırkı siyasətinin yaratdığı nəticələrə görə Almaniya kansleri Fridrix Merz və onun komandası məsuliyyət daşıyır.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Moskva ilə əlaqələrin pozulması Almaniya cəmiyyətinin deyil, məhz hazırkı hökumətin seçdiyi siyasi xəttdir:

banner

“Bu, alman xalqının seçimi deyil, Merzin və onun komandasının seçimidir. Onlar atdıqları addımların nəticələrinə görə tam məsuliyyət daşıyırlar”.

Əlaqəli Yazılar Xüsusi