Ev DünyaKuşner: “Ukrayna üzrə danışıqlar Rusiya-Avropa münasibətlərini dəyişə bilər”

Kuşner: “Ukrayna üzrə danışıqlar Rusiya-Avropa münasibətlərini dəyişə bilər”

by Baş Redaktor
42 Baxış

Ukraynada davam edən müharibənin dayandırılması ilə bağlı aparılan sülh müzakirələrinin əsas nəticələrindən biri Rusiya ilə Avropa arasında münasibətlərin normallaşdırılması ola bilər.

Army.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi, eyni zamanda onun kürəkəni olan Cared Kuşner “New York Magazine” nəşrinə müsahibəsində səsləndirib.

Kuşnerin qənaətinə əsasən, Ukrayna münaqişəsinin həlli prosesində əldə ediləcək ən mühüm nəticə yalnız hərbi əməliyyatların dayandırılması ilə məhdudlaşmamalıdır. O hesab edir ki, əsas məqsədlərdən biri Moskva ilə Avropa dövlətləri arasında uzunmüddətli gərginliyin aradan qaldırılması və münasibətlərin yenidən formalaşdırılmasıdır.

O, bu yanaşmanı belə ifadə edib: əsas nailiyyət sadəcə atəşkəsə nail olmaq deyil, Rusiya ilə Avropa arasında davamlı qarşıdurmanın olmadığı münasibətlər sisteminin qurulmasıdır.

banner

Əlaqəli Yazılar Xüsusi