21
Sevastopola yönəlmiş hava hücumu cəhdinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Army.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvozhayev məlumat verib.
Onun sözlərinə görə, hücumun dəf edilməsinə hava hücumundan müdafiə qüvvələri ilə yanaşı, mobil atəş qrupları da cəlb olunub:
“Hərbçilər şəhərə yaxınlaşan pilotsuz uçuş aparatlarını müxtəlif vasitələrlə məhv etməyə çalışırlar. Əməliyyat zamanı atıcı silahlardan da istifadə olunur”.
