Ev Texnologiyaİspaniyadan Ukraynaya “Patriot” dəstəyi ilə bağlı açıqlama

İspaniyadan Ukraynaya “Patriot” dəstəyi ilə bağlı açıqlama

by Baş Redaktor
22 Baxış

İspaniya Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstəyini davam etdirəcəyini açıqlayıb.

Army.az xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu barədə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb.

Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ehtiyac duyduğu vasitələrin tədarükünün davam edib-etməyəcəyi ilə bağlı suala cavab verən Albares Madridin bu istiqamətdə yardım göstərməyə davam edəcəyini bildirib.

“Biz bunu uzun müddətdir edirik və bundan sonra da davam etdirəcəyik. NATO-nun baş katibi də qeyd edir ki, İspaniya bu çağırışlara ilk cavab verən ölkələrdən biri olub”, – deyə nazir vurğulayıb.

banner

İspaniya uzun müddətdir Ukraynaya müxtəlif hava hücumundan müdafiə vasitələri, o cümlədən “Patriot” sistemlərində istifadə olunan raketlər təqdim edir.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da daha əvvəl bildirib ki, sentyabrın 2-də keçirilən Aİ Şurasının iclasında bir sıra üzv ölkələr Ukraynaya hava hücumundan müdafiə vasitələrinin göndərilməsi ilə bağlı yeni öhdəliklər səsləndirib. Onun sözlərinə görə, söhbət Kiyevin uzun müddətdir ehtiyac duyduğu sistemlərdən gedir.

Əlaqəli Yazılar Xüsusi