Ev Texnologiya“Boeing”: MQ-28 “Ghost Bat” beynəlxalq təlimdə mühüm rol oynayıb

“Boeing”: MQ-28 “Ghost Bat” beynəlxalq təlimdə mühüm rol oynayıb

by Baş Redaktor
107 Baxış

MQ-28 “Ghost Bat” pilotsuz döyüş təyyarəsi “Valiant Shield 2026” təliminə inteqrasiya olunan ilk “Collaborative Combat Aircraft” (CCA) platforması kimi tarixə düşüb.

Army.az xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, 2026-cı ilin iyun ayında keçirilən “Valiant Shield 2026” təlimi çərçivəsində Avstraliyada hazırlanan MQ-28 “Ghost Bat” ABŞ Hərbi Hava Qüvvələrinin Eksperimental Əməliyyatlar Bölməsinin CCA konsepsiyasının sınaqlarına dəstək verib.

Təlim zamanı pilotsuz platforma ABŞ Sakit Okean Komandanlığının tərkibində fəaliyyət göstərən F-35A, F-35B, F-15EX, HC-130, E-3, E-2D, EA-18G, RC-135 və digər hava vasitələri ilə koordinasiyalı şəkildə müxtəlif tapşırıqlar yerinə yetirib.

banner

Əlaqəli Yazılar Xüsusi