Almaniya kansleri Fridrix Mertsin Saksoniya-Anhalt torpağına səfəri etirazlarla müşayiət olunub.
Army.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, kansler Leypsiq yaxınlığında yerləşən Lyoyna kimya sənayesi kompleksinə baş çəkib və burada Xristian Demokrat İttifaqının (CDU) regional nümayəndələri ilə görüşüb.
Mertsin səfəri sentyabrın 6-da keçiriləcək regional parlament seçkiləri ərəfəsinə təsadüf edib. Qəzet yazır ki, kanslerin obyektə səfərindən sonra ərazidə toplaşan şəxslərin bir qismi onun ünvanına “Rədd ol” şüarları səsləndirib.
“Bild”in qeyd etdiyinə görə, CDU rəhbərliyi daha əvvəl kanslerin regionda seçkiqabağı tədbirlərdə iştirakından çəkinib. Buna səbəb narazı seçicilərlə mümkün qarşıdurmadan ehtiyatlanma olub.
