Ev DünyaTürkiyə ABŞ ilə nüvə əməkdaşlığını genişləndirir

Türkiyə ABŞ ilə nüvə əməkdaşlığını genişləndirir

by Baş Redaktor
24 Baxış

Türkiyə yeni atom elektrik stansiyalarının (AES) inşası ilə bağlı layihələr üzərində ABŞ ilə əməkdaşlığa başlayır.

Army.az xəbər verir ki, bu məqsədlə yeni AES layihələrinin hazırlanmasına cavabdeh olan Türkiyənin Nüvə Enerjisi Şirkəti (TÜNAŞ) ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında layihə əsaslı saziş imzalanıb.

Sazişin imzalanma mərasimi Nyu-Yorkdakı “Türkevi”ndə keçirilib. Tədbirdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da iştirak edib. Sənədə TÜNAŞ-ın baş direktoru Necati Yamaç və USTDA-nın direktor müavini Tomas Hardi imza atıblar.

Razılaşmaya əsasən, ABŞ şirkətlərinə məxsus 4 kiçik modul reaktor (SMR)5 müxtəlif 4-cü nəsil reaktor layihəsi geniş şəkildə qiymətləndiriləcək.

banner

Araşdırma zamanı reaktorların texniki xüsusiyyətləri, layihələrin iqtisadi səmərəliliyi, tikinti və istismar xərcləri, lisenziyalaşdırma prosesi və təchizat zənciri təhlil olunacaq. Bundan başqa, layihələrin SWOT analizi aparılacaq, potensial maliyyə mənbələri və maliyyələşdirmə modelləri nəzərdən keçiriləcək.

Qiymətləndirmə çərçivəsində həmçinin icazələrin alınması, fövqəladə hallara hazırlıq, layihələrin təhlükəsizliyi, AES üçün ərazi seçimi və müvafiq hüquqi çərçivə kimi məsələlər də araşdırılacaq.

Əlaqəli Yazılar Xüsusi