Ev Hərbi XəbərlərRubio: “ABŞ ilə əlaqəli gəmilərin hədəfə alınmasına imkan verə bilmərik”

Rubio: “ABŞ ilə əlaqəli gəmilərin hədəfə alınmasına imkan verə bilmərik”

by Baş Redaktor
8 Baxış

ABŞ ilə əlaqəli gəmilərin Ukrayna tərəfindən hədəfə alındığı bir neçə hal qeydə alınıb və bu məsələ həllini tapmalıdır.

Army.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, son aylarda bir neçə belə insident baş verib. Rubio hadisələrin qəsdən törədildiyinin ehtimal olunmadığını qeyd etsə də, ABŞ ilə əlaqəli gəmilərin hədəfə alınmasının qəbuledilməz olduğunu vurğulayıb.

“Son bir neçə ay ərzində bir sıra hallarda ABŞ ilə əlaqəli gəmilər hədəfə alınıb. Yəqin ki, bu, qəsdən edilməyib, lakin onlar yenə də hədəfə alınıb. Biz bunun baş verməsinə imkan verə bilmərik. Bu məsələ həll olunmalıdır”, – deyə Rubio bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi