Son bir il ərzində Rusiya ilə əlaqəli hərbi yük təyyarələrinin böyük bir qrupunun Əlcəzair istiqamətində 100-dən çox uçuş həyata keçirib.
Army.az xəbər verir ki, bu barədə Rusiyua mediası m əlumat yayıb.
Bu uçuşların məqsədinin müasir qırıcı təyyarələr və hərbi texnika çatdırmaq olduğu ehtimal edilir. Bununla yanaşı, Əlcəzairin Rusiyanın Afrikada təsirini genişləndirmək üçün mühüm logistika mərkəzinə çevrildiyi vurğulanır.
“Defense News” tərəfindən aparılan araşdırmaya görə, 2025-ci ilin martından 2026-cı ilin aprel ayına qədər Rusiya ilə Əlcəzair arasında ən azı 167 yük reysi qeydə alınıb. Bu uçuşların bir çoxu “Birləşmiş Təyyarə Korporasiyası” ilə əlaqəli aerodromlardan Əlcəzair hərbi bazalarına həyata keçirilib.
Maraqlıdır ki, bəzi reyslər Əlcəzair səmasında yeni Rusiya istehsalı döyüş təyyarələrinin müşahidə edilməsi ilə eyni vaxta təsadüf edib. Bu isə silah tədarükü ehtimalını gücləndirir.
Hazırda Əlcəzair Rusiyadan Su-57 beşinci nəsil qırıcılarını və Su-35 təyyarələrini qəbul edir. Bundan əlavə, ölkənin arsenalında təxminən 60 ədəd Su-30 çoxməqsədli qırıcı və 40-a yaxın MiG-29 hava üstünlüyü təyyarəsi mövcuddur.
Vaşinqtonda yerləşən C4ADS analitik mərkəzinin eksperti Margaux Garcia bu uçuşların yeni nəsil silahların daşınması ilə bağlı ola biləcəyini qeyd edib.
Qeyd olunur ki, Russia Ukrayna müharibəsindən sonra hərbi ixrac bazarında müəyyən geriləmə yaşadığı bir vaxtda Əlcəzair onun əsas silah alıcılarından birinə çevrilib.
