Ukrayna tərəfi Rusiyanın Krıma gedən quru nəqliyyat marşrutu üzrə logistik daşımaları məhdudlaşdırdığını iddia edir.
Army.az-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər üzrə komandanı Robert Brovdi bildirib ki, Rusiya hərbi rəhbərliyi işğal olunmuş ərazilər üzərindən keçən avtomobil dəhlizindən yük daşımalarının istifadəsini dayandırıb.
Onun sözlərinə görə, söhbət Novorossiya marşrutundan — Mariupol, Berdyansk, Melitopol və Simferopol istiqamətini birləşdirən xəttdən gedir.
Brovdi iddia edib ki, bu qərar həmin istiqamətdə yük axınının 71% azalmasından sonra verilib və bunun Ukrayna qüvvələrinin hücumlarının nəticəsi olduğu bildirilir. O əlavə edib ki, bundan sonra Krımdakı Rusiya qüvvələrinin təchizatı alternativ marşrutlarla həyata keçiriləcək.
