Ev Dünyaİrandan ABŞ-a sərt mesaj: “İstənilən addıma qəti cavab verəcəyik”

İrandan ABŞ-a sərt mesaj: “İstənilən addıma qəti cavab verəcəyik”

by Baş Redaktor
65 Baxış

İran ABŞ ordusunun Larak adasına endirdiyi zərbəyə sərt cavab veriləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi məlumat verib.

O yerli mediaya açıqlamasında Vaşinqtonun hərəkətlərinin hərbi təcavüz kimi qiymətləndiriləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən atılacaq istənilən yeni addım Tehranın “çox qəti” cavabı ilə qarşılaşacaq.

banner

Qəribabadi eyni zamanda ABŞ-ın regiondakı hərbi mövcudluğuna son qoyulmasının vacibliyini vurğulayıb.

“Amerikalılar İrana qarşı təcavüzləri təkrarlamamaq üçün keçmişdə aldıqları məğlubiyyətlərdən ciddi dərs almalıdır”, – deyə İran rəsmisi bildirib.

Əlaqəli Yazılar Xüsusi