Ev DünyaKreml: Putin Aİ ilə danışıqlara açıqdır

Kreml: Putin Aİ ilə danışıqlara açıqdır

by Baş Redaktor
26 Baxış

Rusiya Prezidenti Vladimir Putin bütün tərəflərlə, o cümlədən Avropa İttifaqı nümayəndələri ilə danışıqlara hazırdır.

Army.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Rusiya dəfələrlə dialoqa açıq olduğunu bəyan edib və Moskva Qərblə münasibətlərin tamamilə dayandırılmasının təşəbbüskarı olmayıb:

“Rusiya ilə münasibətlərin minimum səviyyəyə endirilməsi qərarı əsasən Brüssel və ayrı-ayrı Avropa paytaxtlarından gəlib. Moskva Avropa tərəfinin dialoqa nə dərəcədə hazır olacağından asılı olaraq münasibətlərin inkişafına açıq yanaşacaq”.

banner

Əlaqəli Yazılar Xüsusi