Ev DünyaABŞ səfirinin şəxsi təyyarə səfərləri araşdırılır – Bahalı otelin xərcini kim ödəyib?

ABŞ səfirinin şəxsi təyyarə səfərləri araşdırılır – Bahalı otelin xərcini kim ödəyib?

by Baş Redaktor
79 Baxış

ABŞ Dövlət Departamentinin baş müfəttişi Yunanıstandakı səfir Kimberli Gilfoylun yerli biznes nümayəndələrindən hədiyyə və ya xidmətlər alıb-almadığını araşdırır.

Army.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qəzetin əldə etdiyi səs yazısında Gilfoylun Davosda keçirilən söhbət zamanı yunan iş adamları ilə şəxsi təyyarələrdə etdiyi səfərlərdən danışdığı bildirilir. Məlumata görə, həmin şəxslərdən biri onun bahalı oteldə qalma xərcini də ödəyib.

Gilfoyl səs yazısında 2026-cı ilin yanvarında Yunanıstanın Aktor Group tikinti şirkətinin rəhbəri Aleksandros Eksarxou ilə birlikdə şəxsi təyyarədə Davosda keçirilən Dünya İqtisadi Forumuna uçduğunu deyib.

banner

O, həmçinin yunan gəmiçilik maqnatı Nikolas Tsakosla Parisə getməyi planlaşdırdığını, məqsədin isə onun həyat yoldaşının dəfiləsində iştirak etmək olduğunu bildirib. Qəzetin danışdığı mənbələrin sözlərinə görə, Tsakos sonradan səfirin Parisdəki Four Seasons Hotel George V otelində qalma xərcini ödəyib.

Araşdırmanın məqsədi səfirin bu səfər və xidmətləri qəbul etməsinin müvafiq qaydalara uyğun olub-olmadığını müəyyənləşdirməkdir.

Əlaqəli Yazılar Xüsusi