Ev SiyasətAzərbaycan nümayəndə heyəti Tehranda

Azərbaycan nümayəndə heyəti Tehranda

by Baş Redaktor
127 Baxış

Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib.

Army.az APA-ya istinadən bildirir ki, Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

banner

Əli Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Əlaqəli Yazılar Xüsusi