Ev Hərbi TexnologiyaABŞ ordusu ultra yüngül taktiki nəqliyyata keçir- 98 milyon dollarlıq sifariş

ABŞ ordusu ultra yüngül taktiki nəqliyyata keçir- 98 milyon dollarlıq sifariş

by Baş Redaktor
17 Baxış

ABŞ Dəniz Piyadaları Korpusu ilə “Polaris” şirkəti arasında ultra yüngül taktiki nəqliyyat vasitələrinin tədarükü üzrə 98,2 milyon dollarlıq saziş bağlanıb.

Army.az xəbər verir ki, bu barədə “Polaris Government & Defense” şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında bildirilib ki, müqavilənin əsas məqsədi ekspedisiya qüvvələrinin döyüş şəraitində manevr imkanlarını, logistika dəstəyini və operativ yerləşdirmə sürətini artırmaqdır.

Layihə çərçivəsində istehsal olunacaq ULTV tipli maşınlar çətin relyef və yüksək intensivlikli əməliyyatlar zamanı bölmələrin təchizatını daha çevik şəkildə təmin etməyə imkan verəcək.

banner

Yeni nəqliyyat vasitələrinin avadanlıq, enerji sistemləri və digər yüklərin daşınmasında daha sürətli və yüngül həll təqdim edəcəyi vurğulanıb.

Əlaqəli Yazılar Xüsusi