Ev Hərbi XəbərlərPutin və Şaraa nələri müzakirə etdi? – Diqqətçəkən məsələ

Putin və Şaraa nələri müzakirə etdi? – Diqqətçəkən məsələ

by Baş Redaktor
25 Baxış

Rusiya Prezidenti Vladimir Putinlə Suriya Prezidenti Əhməd Şaraa arasında telefon danışığı baş tutub.

Army.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri nəzərdən keçirilib.

Söhbət zamanı Moskva və Dəməşqin ticarət, iqtisadiyyat, humanitar sahə və digər istiqamətlərdə əlaqələri genişləndirmək, eləcə də siyasi dialoqu daha da gücləndirmək niyyətində olduğu bildirilib.

banner

Tərəflər həmçinin Xmeymim aviabazası və Tartus logistika mərkəzinin yenidən təşkili ilə bağlı imzalanmış memorandumun əhəmiyyətini vurğulayıblar.

Putin söhbət zamanı Rusiyanın Suriyanın birliyi, ərazi bütövlüyü və suverenliyinin qorunmasına dəstək verən prinsipial mövqeyini bir daha ifadə edib.

Əlaqəli Yazılar Xüsusi