Ev Hərbi XəbərlərTehran: ABŞ-a dəstək verən ölkələr cavabdeh olacaq

Tehran: ABŞ-a dəstək verən ölkələr cavabdeh olacaq

by Baş Redaktor
44 Baxış

İran Xarici İşlər Nazirliyi ABŞ-ın mümkün hərbi əməliyyatlarına dəstək verən ölkələrə xəbərdarlıq edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nazirliyin sözçüsü İsmail Bəqayinin sözlərinə görə, öz ərazilərini, bazalarını və hərbi infrastrukturunu ABŞ və İsrailin istifadəsinə verən dövlətlər bunun doğura biləcəyi nəticələrə görə məsuliyyət daşıyacaqlar.

XİN-in yaydığı açıqlamada vurğulanıb ki, belə ölkələr prosesdə iştiraklarına görə cavabdehlikdən yayına bilməzlər.

banner

Bəqayi əlavə edib ki, NATO-nun baş katibi Mark Ruttenin açıqlamaları Avropa ölkələrinin İranla bağlı vəziyyətdə neytral mövqe tutmadığını göstərir.

Əlaqəli Yazılar Xüsusi