Ev SiyasətCeyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb

Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb

by Baş Redaktor
35 Baxış

“Azərbaycan tərəfi Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb”.

Army.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzaladılar: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlahm Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan konstitutsiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistanda yeni Konstitutsiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Paşinyan bir daha səsləndirib: “Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.

banner

Əlaqəli Yazılar Xüsusi