Ev Hərbi XəbərlərTramp İrana xəbərdarlıq etdi: “Ya razılaşma, ya da bombardman”

Tramp İrana xəbərdarlıq etdi: “Ya razılaşma, ya da bombardman”

by Baş Redaktor
40 Baxış

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunmayacağı təqdirdə İrana qarşı hərbi zərbələrin endirilə biləcəyini bildirib.

Army.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderindən İran hakimiyyətini “dəli və qeyri-rasional tərəfdaşlar” hesab etdiyi halda Tehranla razılaşmaya necə nail olmağı planlaşdırdığı soruşulub.

Tramp cavabında İranın bombalana biləcəyini istisna etməyib. O bildirib ki, qarşıda iki variant var: Tehranla razılaşma əldə etmək və ya hərbi əməliyyata başlamaq:

banner

“Bəlkə də onları bombalayacağıq. Bu barədə qərar verməliyik. Ya onları bombalayacağıq, ya da razılaşma əldə edəcəyik. Vaxt yaxınlaşır. Hər iki halda bu məsələ çox tezliklə başa çatacaq”.

Əlaqəli Yazılar Xüsusi