İran ABŞ ilə mövcud şərtlər daxilində razılığa gəlməyin mümkün olmadığını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi danışıb.
Diplomatın sözlərinə görə, Vaşinqton Tehranın təklifinə verdiyi cavabda bəzi şərtlərin icrasını növbəti mərhələlərə saxlamağı təklif edib. Qəribabadi hesab edir ki, belə yanaşma tərəflər arasında razılaşmanın əldə olunmasını mümkünsüz edir.
Nazir müavini ABŞ-nin etibarlı tərəfdaş olmadığını nümayiş etdirdiyini də iddia edib. O, Vaşinqtonun danışıqların davam etdirilməsi üçün ilk növbədə İranın bütün tələblərinin yerinə yetiriləcəyinə dair konkret təminatlar verməli olduğunu bildirib.
Qəribabadi, həmçinin İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı planının icra müddətinin 7 gündən 2 günə endirildiyini açıqlayıb.
