ABŞ-ın İran siyasəti ilə bağlı tənqidlər davam edir.
Army.az xəbər verir ki, “The National Interest” nəşri hesab edir ki, Vaşinqton İran məsələsində keçmişdə buraxdığı səhvləri təkrarlamamalıdır.
Nəşr bildirir ki, ABŞ siyasi rəhbərliyi əvvəllər dəfələrlə “bataqlıq xərcləri” (sunk-cost) yanaşmasının təsiri altına düşüb və İranla bağlı qərarlarda eyni yanlışlığa yol verməməlidir.
Məqalədə qeyd olunur ki, Tramp administrasiyasının tənqidçiləri İranla müharibəyə başlamaq qərarının strateji baxımdan səhv olduğunu bildirirlər.
Analizdə vurğulanır ki, qarşıya qoyulan əsas məqsədlər – İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Tehranın regiondakı hərbi təsir imkanlarını zəiflətmək – hələlik tam reallaşmayıb.
