Ev Hərbi XəbərlərQubernator: Tümen Neft Emalı Zavodunda yanğın baş verib

Qubernator: Tümen Neft Emalı Zavodunda yanğın baş verib

by Baş Redaktor
90 Baxış

Rusiyanın Tümen vilayətində yerləşən Tümen Neft Emalı Zavodunun (NEZ) ərazisinə pilotsuz uçuş aparatının (PUA) düşdüyü bildirilib.

Army.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Moor “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, insident nəticəsində zavodun ərazisində yanğın baş verib.Qubernator qeyd edib ki, hadisə yerinə operativ xidmətlər cəlb olunub və hazırda yanğının söndürülməsi, eləcə də vəziyyətin nəzarətə götürülməsi istiqamətində işlər davam etdirilir.

Əlaqəli Yazılar Xüsusi