Ev Hərbi XəbərlərEyal Zamir: Regionda gərginliyin artması riski yüksəlib

Eyal Zamir: Regionda gərginliyin artması riski yüksəlib

by Baş Redaktor
62 Baxış

İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi ehtimalının artdığını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Zamir İordan çayının qərb sahilində Mərkəzi Hərbi Dairənin rəhbərliyi ilə operativ müşavirə keçirib. Görüş zamanı regionda yaranmış təhlükəsizlik vəziyyəti və müxtəlif cəbhələrdə müşahidə olunan proseslər müzakirə olunub.

Baş Qərargah rəisi qeyd edib ki, müxtəlif istiqamətlərdən gələn narahatedici siqnalların çoxalması və davam edən gərginlik Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşməsi riskini artırır.

banner

Əlaqəli Yazılar Xüsusi