Şimali Koreya Sarı dəniz istiqamətində növü hələlik müəyyənləşdirilməyən uçuş aparatı və ya mərmi buraxıb.
Army.az xəbər verir ki, bu barədə Yonhap Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, Seul hazırda buraxılışın trayektoriyası və texniki xüsusiyyətləri ilə bağlı məlumatları araşdırır. Hadisə ilə bağlı əlavə detallar hələ açıqlanmayıb.
Xatırladaq ki, Aprel ayında Koreya Respublikası silahlı qüvvələri Sinpo ərazisindən Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raketin atıldığını aşkar etdiklərini açıqladılar.
