Ev DünyaPaşinyan üçün gözlənilməz ssenari: bəzi qüvvələr seçkilərdən çəkilə bilər

Paşinyan üçün gözlənilməz ssenari: bəzi qüvvələr seçkilərdən çəkilə bilər

by Baş Redaktor
9 Baxış

Ermənistanda seçkiöncəsi siyasi mühitlə bağlı yayılan iddialara görə, Baş nazir Nikol Paşinyan üçün hakimiyyəti yenidən formalaşdırmaq əvvəlki qədər asan görünmür.

Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Iravunk” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Paşinyan həm daxil olan siyasi məlumatlar, həm də seçki kampaniyası müddətində yaranan ümumi mənzərə əsasında belə qənaətə gəlib ki, “Vətəndaş Müqaviləsi” növbəti mərhələdə təkbaşına hakimiyyət qurmaq üçün kifayət qədər səs toplaya bilməyə bilər.

Məqalədə bildirilir ki, hakim komandanın hesablamalarında əsas amillərdən biri seçki baryerini aşa bilməyəcək partiyaların səslərinin ümumi nəticələrə təsiri ilə bağlıdır.

banner

Nəşr eyni zamanda ehtimal edir ki, seçkilərdə iştirak edən bəzi siyasi qüvvələr yaxın günlərdə etiraz addımı ataraq prosesdən geri çəkilə bilər və bu da Paşinyan üçün əlavə siyasi təzyiq yarada bilər.

Əlaqəli Yazılar Xüsusi