Ev Hərbi Xəbərlərİsraildən İrana sərt xəbərdarlıq: “Bunu etsəniz, yenidən vuracağıq”

İsraildən İrana sərt xəbərdarlıq: “Bunu etsəniz, yenidən vuracağıq”

by Baş Redaktor
38 Baxış

İsrail İranın nüvə və ya ballistik raket proqramlarını yenidən işə salacağı təqdirdə ölkəyə qarşı hərbi əməliyyatlara qayıdacağını açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə İsrailin energetika naziri Eli Kohen “Ynet”ə müsahibəsində bildirib .

O qedy edib ki, Tehran bu istiqamətlərdə fəaliyyətini bərpa etməyə cəhd göstərərsə, İsrail buna hərbi müdaxilə ilə cavab verəcək.

Nazirin sözlərinə görə, İranın ABŞ ilə mümkün razılaşma əldə etməsi də İsrailin təhlükəsizlik məsələsində öz qərarlarını verməsinə mane olmayacaq.

banner

Kohen vurğulayıb ki, Tehran nüvə və ya ballistik raket proqramlarını yeniləməyə başlayarsa, Vaşinqtonla hər hansı sazişin mövcudluğundan asılı olmayaraq İsrail zərbə endirəcək.

“İran belə bir addım atarsa, ABŞ ilə müqavilə olsa belə, hücum edəcəyik”, – deyə nazir bildirib.

Əlaqəli Yazılar Xüsusi