Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətində iki yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Army.az xəbər verir ki, Rusiya hərbçiləri Prikol çayının sol sahilində yerləşən Velikiy Prikol kəndinə və Rusiya sərhədindən təxminən 5 kilometr məsafədə yerləşən Sadki kəndinə nəzarəti ələ keçirib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu yaşayış məntəqələri üzrə nəzarət hərbi əməliyyatlar çərçivəsində təmin edilib.
Nazirlik həmçinin avqustun 30-na keçən gecə Ukraynaya məxsus 494 pilotsuz uçuş aparatının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini iddia edib.
Qurumun açıqlamasına əsasən, PUA-lar Leninqrad, Bryansk, Belqorod, Kaluqa, Kursk, Tver, Smolensk, Oryol, Pskov, Tula, Novqorod və Rostov vilayətləri, Krasnodar diyarı, Moskva regionu və Krım üzərində, eləcə də Azov və Qara dənizlərin akvatoriyasında vurulub.
