39
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-dən etibarən məzuniyyətə çıxır.
Army.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Paşinyan bildirib ki, məzuniyyətə çıxmasının səbəbi seçkiqabağı kampaniyada iştirak etməkdir.
Qeyd olunur ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasına bu gündən start verilir.
