ABŞ Prezidenti Donald Tramp özünü əfv etməklə bağlı sərəncam imzalamağı hazırda düşünmədiyini açıqlayıb.
Army.az xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
Tramp qanunsuz heç bir iş görmədiyini əsas gətirərək özünü əfv etməyə ehtiyac duymadığını bildirib.
ABŞ lideri əvvəlki prezidentlik müddətinin sonunda da belə bir addım ata biləcəyini söyləyib: “Ötən dəfə Ağ Evi tərk edərkən özümü əfv edə bilərdim”.
Tramp həmin vaxt özünü əfv etməməsinə görə peşman olub-olmadığı barədə suala konkret cavab verməyib. Bununla yanaşı, o, belə bir hüquqa malik olduğunu düşündüyünü ifadə edib.
Qeyd edək ki, ABŞ prezidentinin özünü əfv etmək səlahiyyətinə malik olub-olmaması ölkədə hüquqşünaslar arasında mübahisəli məsələ olaraq qalır.
