Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın oktyabrın 22-23-də Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələri enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı müzakirələrlə ziddiyyət təşkil edən addım kimi qiymətləndirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Peskovun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında Rusiya dizel yanacağının tədarükü ilə bağlı əldə olunan razılaşma dünya bazarlarında tam sabitliyin təmin olunmasına kifayət etməyəcək.
Kreml nümayəndəsi bununla qlobal enerji bazarlarında sabitliyin yalnız həmin razılaşma hesabına təmin edilə bilməyəcəyinə diqqət çəkib.
