İranın sabiq ali dini lideri Ayətullah Əli Xameneinin oğulları Tehranda keçirilən cənazə namazında ilk dəfə ictimaiyyət qarşısına çıxıblar.
Army.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, Ayətullah Müctəba, Məsud və Meysəm Xamenei “40 günlük müharibə”nin başlanmasından sonra baş tutan matəm mərasimində ön sırada yer alıblar.
Bazar günü yerli vaxtla saat 08:00-da Tehrandakı İmam Xomeyni Musallasında Ayətullah Əli Xamenei və onun ailə üzvlərinin xatirəsinə cənazə namazı qılınıb.
Qeyd edək ki, cənazə namazı İslam ənənəsində dəfn və vida mərasimindən əvvəl icra olunan kollektiv ibadət formasıdır.
