Ev DünyaErmənistan və Hindistan arasında müdafiə əməkdaşlığı müzakirə edildi

Ermənistan və Hindistan arasında müdafiə əməkdaşlığı müzakirə edildi

by Baş Redaktor
126 Baxış

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan Hindistanın müdafiə katibi Rajeş Kumar Sinqllə görüş keçirib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

İrəvanda baş tutan görüşdə tərəflər Ermənistan-Hindistan münasibətlərinin son dövrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb və ikitərəfli əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndiriblər.

Danışıqlar zamanı iki ölkə arasında genişlənən əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

banner

Görüşün əsas mövzularından biri regional və beynəlxalq təhlükəsizlik məsələləri olub. Tərəflər mövcud təhlükəsizlik çağırışlarını müzakirə edərək qarşılıqlı mövqelərini bölüşüblər.

Əlaqəli Yazılar Xüsusi