Ev DünyaMustafa Sarıgül və ailəsi ilə bağlı istintaq genişləndi: Daha 11 nəfər saxlanıldı

Mustafa Sarıgül və ailəsi ilə bağlı istintaq genişləndi: Daha 11 nəfər saxlanıldı

by Baş Redaktor
57 Baxış

Türkiyədə sabiq deputat Mustafa Sarıgül və ailə üzvlərinin də adlarının hallandığı çirkli pulların yuyulması iddiası üzrə istintaq genişləndirilib. Araşdırma çərçivəsində daha 11 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Son saxlanılmalarla birlikdə iş üzrə barəsində həbs qərarı verilən və ya saxlanılan şəxslərin ümumi sayının 28-ə çatdığı bildirilir.

İstintaq çərçivəsində adı hallanan şəxslər arasında Mustafa Sarıgülün keçmiş həyat yoldaşı Aylin Kotil, oğulları Ömər və Əmir Sarıgül, eləcə də jurnalist Murad Ağırel də var.

banner

Araşdırma çirkli pulların yuyulması ilə bağlı iddialar üzrə davam etdirilir.

Əlaqəli Yazılar Xüsusi