Ev DünyaMacarıstanda siyasi zəlzələ: yeni baş nazirdən prezidentə sərt xəbərdarlıq

Macarıstanda siyasi zəlzələ: yeni baş nazirdən prezidentə sərt xəbərdarlıq

by Baş Redaktor
27 Baxış

“Macarıstan hökuməti prezident Tamaş Şuyok könüllü istefa verməzsə, onun vəzifədən kənarlaşdırılması üçün parlamentdə impiçment proseduruna başlamaq niyyətindədir”.

Army.az xəbər verir ki, bu barədə ölkənin yeni baş naziri Peter Magyar məlumat yayıb.

“Prezidentə bildirdim ki, əgər o öz mövqeyini dəyişməsə və könüllü şəkildə istefa verməsə, bu gün hakim partiya Tisa fraksiyasına təkliflərimizi çatdıracağam və parlamentdə lazımi prosedurlara dərhal başlayacağıq”, – deyə siyasətçi qeyd edib.

O vurğulayıb ki, Macarıstan Konstitusiyası prezidentin vəzifədən uzaqlaşdırılması üçün bir neçə mexanizm nəzərdə tutur, lakin hökumət bu postun nüfuzunu qorumaq üçün impiçmentə getmək istəmir.

banner

Əlaqəli Yazılar Xüsusi