İran hakimiyyətində ABŞ-la müharibənin davam etdirilməsi və ya diplomatik razılaşmanın əldə olunması məsələsində fikir ayrılıqları dərinləşir.
Army.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Agentliyin məlumatına görə, ölkənin yeni dini lideri Müctəba Xameneinin bu məsələdə hansı mövqeni tutduğu hələ də aydın deyil.
Bildirilib ki, hakimiyyət daxilindəki qruplardan biri ABŞ ilə istənilən danışıqlara qəti şəkildə qarşı çıxır və müharibənin “tam qələbə” ilə başa çatmasını müdafiə edir.
AP-nin iddiasına əsasən, bu düşərgəyə Səid Cəlilinin rəhbərlik etdiyi radikal “Sabitlik Cəbhəsi” də daxildir.
