ABŞ dövlət katibi Marko Rubio Yəməndə baş verən toqquşmalar fonunda Səudiyyə Ərəbistanının mövqeyinə münasibət bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rubionun sözlərinə görə, Səudiyyə Ərəbistanı daha əvvəl husilərin hücumlarına məruz qalıb və bu səbəbdən ölkənin özünü müdafiə etmək hüququ var.
ABŞ rəsmisi bunun Səudiyyənin təhlükəsizliyini təmin etmək məqsədilə atdığı addımların əsaslandırılması baxımından mühüm məqam olduğunu vurğulayıb.
