Ev DünyaCəbhədə dönüş iddiası: Ukrayna bir neçə istiqamətdə irəliləyib

Cəbhədə dönüş iddiası: Ukrayna bir neçə istiqamətdə irəliləyib

by Baş Redaktor
6 Baxış

Ukrayna Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində taktiki təşəbbüsü tədricən bərpa edir.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Təhlilə əsasən, Ukrayna ordusu son aylarda bir sıra sahələrdə əks-hücum əməliyyatlarını intensivləşdirib və bunun nəticəsində əvvəlki dövrlərlə müqayisədə daha nəzərəçarpan irəliləyişlər əldə edilib. Xüsusilə 2024-cü ilin avqustunda keçirilmiş Kursk əməliyyatından sonra ən böyük hərbi dinamika qeydə alındığı vurğulanır.

Hesabatda qeyd olunur ki, Ukrayna qüvvələri 2025-ci ilin sonlarından etibarən Kupyansk istiqamətində əhəmiyyətli mövqeləri geri qaytarıb, həmçinin cənub cəbhəsində və Zaporojye vilayətinin qərb hissəsində bir sıra yaşayış məntəqələrində nəzarəti bərpa edib.

banner

Analitiklərin fikrincə, bu əməliyyatlar Rusiya ordusunu qüvvələrini müxtəlif cəbhələr üzrə bölməyə məcbur edir və onun ümumi hücum potensialına təzyiq göstərir. Eyni zamanda, Ukraynanın Rusiya hərbi logistikasına və texnika bazasına yönəlmiş uzaqmənzilli zərbələrinin də cəbhədəki balansı Ukraynanın xeyrinə dəyişdirdiyi bildirilir.

Əlaqəli Yazılar Xüsusi