Ev GündəmNepalda dəhşətli daşqın: 734 ölü, minlərlə itkin var

Nepalda dəhşətli daşqın: 734 ölü, minlərlə itkin var

by Baş Redaktor
129 Baxış

Nepalın şimalında baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb. Təxminən 2,5 min şəxsin taleyi isə hələ də məlum deyil.

Army.az xəbər verir ki, Nepalın Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsinin yaydığı son məlumatlara görə, fəlakət bölgəsində 734 nəfərin meyiti aşkarlanıb.

Daşqın zonasından ümumilikdə 8 186 nəfər xilas edilib. Onların arasında 227 xarici ölkə vətəndaşı da var. İtkin düşənlər arasında isə 588 əcnəbinin olduğu bildirilir.

Fəlakətin nəticələrinin aradan qaldırılması və itkinlərin axtarışı üçün təxminən 20 min nəfərdən ibarət xilasetmə qüvvəsi cəlb olunub.

banner

Bölgədən çıxarılan, lakin şəxsiyyəti müəyyənləşdirilməyən meyitlər ölkənin müxtəlif rayonlarındakı 11 xəstəxanaya yerləşdirilib.

Əlaqəli Yazılar Xüsusi