Ev Hərbi XəbərlərXersonda yaşayış məntəqələri atəşə tutuldu

Xersonda yaşayış məntəqələri atəşə tutuldu

by Baş Redaktor
135 Baxış

Ukraynanın Xerson vilayətində yaşayış məntəqələrinə və mülki infrastruktura endirilən zərbələr nəticəsində 3 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Army.az xəbər verir ki, Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib ki, son 24 saat ərzində bölgənin bir sıra əraziləri atəşə tutulub.

Onun “Telegram” kanalında paylaşdığı məlumata əsasən, hücumlar nəticəsində yaşayış binaları və müxtəlif infrastruktur obyektləri zərər görüb. Dağıntıya məruz qalanlar arasında 6 çoxmərtəbəli və 14 fərdi yaşayış evi, inzibati və təsərrüfat təyinatlı tikililər var.

Atəş nəticəsində həmçinin bir marşrut taksisi, troleybuslar və bir sıra mülki avtomobillər zədələnib.

banner

Hücumların qeydə alındığı ərazilər arasında Xerson şəhəri ilə yanaşı Antonovka, Zelenovka, Stanislav, Belozerka və Berislav yaşayış məntəqələri də yer alır.

Hadisələr nəticəsində bölgədə mülki əhali arasında ölən və yaralananların olduğu bildirilir.

Əlaqəli Yazılar Xüsusi