Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın zənginləşdirilmiş uran ehtiyatlarına və ölkədəki nüvə obyektlərinə tam nəzarət imkanları bir ildən artıqdır məhdudlaşıb.
Army.az xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, nüvə materiallarının mövcudluğu və vəziyyəti barədə aktual məlumatların əldə edilməməsi, eləcə də müvafiq obyektlərə giriş imkanının olmaması ciddi narahatlıq yaradır:
“Bu problemin mümkün qədər tez aradan qaldırılmasının vacibliyini vurğulayıb. Xüsusilə 2026-cı il ərzində İranın nüvə fəaliyyətlərinə beynəlxalq nəzarətlə bağlı vəziyyət daha da mürəkkəbləşib. Ötən ilin iyununda İrana endirilən zərbələrdən sonra agentliyin müfəttişləri ölkəni tərk etməyə məcbur olublar”.
