Ev DünyaAzərbaycanla bağlı mövqe Ermənistanı hərəkətə keçirdi – səfir geri çağırıldı

Azərbaycanla bağlı mövqe Ermənistanı hərəkətə keçirdi – səfir geri çağırıldı

by Baş Redaktor
16 Baxış

Ermənistanın Belarusdakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması məsələsi ölkə parlamentində müzakirə olunub.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan bildirib ki, müxalifət deputatlarının bu məsələyə yanaşması onun üçün təəccüblüdür.

Rubinyanın sözlərinə görə, səfirin geri çağırılması Belarus Prezidenti Aleksandr Lukaşenkonun 44 günlük müharibə zamanı Azərbaycanı dəstəkləyən mövqeyi ilə əlaqəlidir:

banner

“Belarus eyni zamanda KTMT-yə üzv ölkədir. Bu mövqeyə cavab olaraq Ermənistanın Belarusdakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Bu proses Belarus tərəfindən izahat verilənə və ya üzr istənilənə qədər davam edəcək”.

Əlaqəli Yazılar Xüsusi