Ev DünyaTramp: “İranda rejim dəyişikliyi ilə maraqlanmıram”

Tramp: “İranda rejim dəyişikliyi ilə maraqlanmıram”

by Baş Redaktor
25 Baxış

Vaşinqton İranda rejim dəyişikliyi ilə maraqlanmır və hazırda Tehranla daha konstruktiv əməkdaşlıq aparılır.

Army.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

O çıxışı zamanı İranın əvvəlki siyasi və danışıqlar komandalarına işarə edərək qeyd edib ki, “birinci qrup artıq yoxdur, ikinci qrup da sıradan çıxıb, üçüncü qrupun isə bir hissəsi yoxa çıxıb”.

Trampın sözlərinə görə, hazırda İranla işləyən tərəflər daha “düzgün və rasional” mövqe sərgiləyirlər. O əlavə edib ki, bu şəxslər əvvəlkilərlə müqayisədə daha ağıllı davranır və ölkənin maraqlarına fokuslanıblar.

banner

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, hazırkı İran nümayəndələri radikal mövqedən uzaqdır və ölkənin inkişafına töhfə verməyə çalışırlar.

Əlaqəli Yazılar Xüsusi