Ev DünyaDron hücumu: “Lukoyl” zavodunda yanğın olub

Dron hücumu: “Lukoyl” zavodunda yanğın olub

by Baş Redaktor
20 Baxış

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) dronları Perm yaxınlığında yerləşən neft emalı zavodunda əsas texnoloji qurğunu sıradan çıxarıb.

Army.az xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Məlumata görə, pilotsuz aparatlarla “Lukoil-Perm nefteorgsintez” müəssisəsinə zərbə endirilib və ilkin emal prosesində əsas rol oynayan AVT-4 qurğusu hədəfə alınıb. Hücum nəticəsində vakuum və atmosfer rektifikasiya kolonlarında yanğın baş verib və bu, qurğunun fəaliyyətini faktiki dayandırıb.

Bundan əlavə, SBU eyni gün ərzində “Perm” xətti istehsal-dispetçer stansiyasına da yenidən zərbə endirib. Bu obyekt həmin zavoda neft tədarükünü təmin edir.

banner

Qeyd olunur ki, bir gün əvvəl də bu stansiya dron hücumuna məruz qalmışdı və bu gün yeni yanğın ocaqları qeydə alınıb.

Əlaqəli Yazılar Xüsusi

Leave a Comment