Ev DünyaMirzoyan: Problemləri Rusiya ilə birlikdə həll etməliyik

Mirzoyan: Problemləri Rusiya ilə birlikdə həll etməliyik

by Baş Redaktor
47 Baxış

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanla Moskva arasındakı münasibətlərin müəyyən mənada sağlamlaşdırılmasına ehtiyac olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Nazirin sözlərinə görə, Ermənistan və Rusiya arasında mövcud olan məsələlərin açıq müzakirəsi vacibdir və tərəflər ikitərəfli münasibətlərdə yaranan problemlərin həlli yollarını birgə axtarmalıdırlar.

Mirzoyan qeyd edib ki, istənilən dövlətlərarası münasibətlərdə fikir ayrılıqları və çətinliklər yarana bilər. O, Ermənistanın bu məsələləri Rusiya ilə dialoq yolu ilə müzakirə edərək hər iki ölkənin maraqlarına uyğun həllər tapacağına ümid etdiyini vurğulayıb.

banner

Nazir həmçinin bildirib ki, ölkələr arasında gərginliyin yaranması üçün əsaslı səbəb görmür. Onun fikrincə, münasibətlərin inkişafı üçün tərəflər bir-birinin suverenliyinə və müstəqil qərar qəbul etmək hüququna hörmətlə yanaşmalıdır.

Əlaqəli Yazılar Xüsusi